USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Marşrut xətləri müsabiqəyə çıxarılıb

10.09.2018 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyinə müsabiqə elan edib.

"Kommersant.az"a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb. Daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.

Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.