Metroya görə avtobusların marşrut xətti dəyişdi
19.09.2018
İqtisadiyyat
0
0
Bakı Nəqliyyat Agentliyi sərnişinlərin nəzərinə çatdırır ki, “Xətai” stansiyasının müvəqqəti təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.
Agentliyin mətbuat xidmətindən "Kommersant.az"a verilən məlumata görə, stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.
Digər xəbərlər
23.10.2025
İqtisadiyyat
Azərbaycanın dövlət borcu 2026-cı ilin sonuna 27,1 milyard manat səviyyəsinə çatacaq
0
0



































































