Qarabağ Azərbaycandır!

İki stansiyada yenidən qurma işləri aparılır

20.09.2018 Nəqliyyat
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir.

"Kommersant.az"a "Azərbaycan Dəmir Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 209 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Səngəçal və Goran stansiyalarında 17 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək.