USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"PASHA Capital" işçi axtarır - VAKANSİYA

11.11.2020 Vakansiya
0 0
PASHA Capital Kiçik Treyder (yalnız yeni məzun olmuş şəxslər) vəzifəsinə işçi axtarır.

Vəzifənin məqsədi

Müştəri münasibətlərini idarə etmək, müştərinin sifarişlərini yerinə yetirmək, hesabat hazırlamaq və əvvəlcədən müəyyən edilmiş həddə ticarət etmək üçün məsuliyyət daşıyır.

Vəzifə Öhdəlikləri

• Bakı Fond Birjasında əməliyyatlar aparmaq və ticarət sonrası hesablaşmalara nəzarət etmək (müştərilərin adından qiymətli kağızların alış və satışı, Vasitəçilik)
• Pul bazarı əməliyyatlarını icra etmək və danışıqlar aparmaq,
• Repo/Əks repo əməliyyatları
• Sabit gəlirli qiymətli kağızlarla əməliyyatları həyata keçirmək və dövlət qiymətli kağızları üzrə hərraclarda iştirak etmək
• Anderraytinq əməliyyatının həyata keçirilməsi
• Bütün müştəri istəkləri ilə (daxili və ya xarici maliyyə bazarı) məşğul olmaq, Müştərilər və şirkət üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və qlobal sabit gəlirli qiymətli kağızlar,pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və təkliflərin verilməsi
• Müştəri məlumatlarını təhlil etmək və yeni müştərilərin cəlb edilməsi üçün görüşlər təşkil etmək
• Bakı Fond Birjası tərəfindən elan olunmuş bazar məlumatları, baş tutacaq hərraclar barəsində müştəriləri mütəmadi məlumatlandırmaq.
• Şirkətin investisiya portfelinin mütəmadi təhlilinin aparılması və portfelinin idarə olunması üçün əməliyyatların həyata keçirilməsi ( Dilinq )

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Tələb olunmur
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office

E-mail: [email protected]

  • Əvvəlki

    Dəftərxana və təsərrüfat mallarını satın alınması

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0