USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərsun Holding" işçi axtarır - VAKANSİYA

15.01.2021 Vakansiya
0 0
Azərsun Holding Hüquqşünas vəzifəsinə işçi axtarır.

Namizədə aid tələblər:

• Ali hüquqi təhsil;
• Hüquq üzrə minimum 3 il iş təcrübəsi;
• Hüquqi sənədləri sərbəst hazırlamalı;
• Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
• Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.

İş haqqında məlumat:

• Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
• Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
• Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
• Şirkət müəssisələrinin tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, apellyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
• Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
• Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
• Dövtət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
• Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
• Daşınmaz əmlak və torpaq sahələri üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
• Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına ``Hüquqşünas`` başlığı ilə göndərə bilərlər.

  • Əvvəlki

    Prezidentin Şuşaya səfər - VİDEOSU

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0