USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ABB” ASC Daxili Audit Departamenti Baş Auditor elan edir - VAKANSİYA

23.07.2018 Vakansiya
0 0
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Avtomatlaşdırılmış əməliyyat sistemi vasitəsilə əməliyyatların monitorinqlərinin aparılması;
 Maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
 Daxili nəzarət sisteminin adekvatlığının, eləcə də fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
 Kompleks və tematik yoxlamaların (səyyar və ya kameral) aparılması;
 Bank əməkdaşları və müştərilər ilə görüşlərin təşkili;
 Əldə edilmiş məlumatlar və aşkarlanmış nöqsanların yazılı şəkildə təsvir edilməsi;
 Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi;

Davranış səriştələri:

 Müstəqillik, tərəfsizlik, məxfilik, qətiyyətlilik, liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlilik kimi fərdi keyfiyyətlərə sahib olmaq;
 Aanalitik təhlil və problemlərin həlli istiqamətində yaradıcı fikirlər irəli sürmək bacarığı;
 Vaxtın səmərəli idarəedilməsi;
 Təqdimat bacarığı.

Vakant vəzifə üzrə tələblər:

 Ali iqtisadi və ya hüquqi təhsil və bank və audit sahəsində azı 5 illik iş stajı;
 Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;
 Ofis Proqramlarında sərbəst işləmək bacarığının olması;

Qeyd: ACCA, CİA və İFRS üzrə xüsusi beynəlxalq sertifikatlara malik namizədlər yazılı qiymətləndirmədən azaddır

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 Avqust 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş Auditor” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

  • Əvvəlki

    Çökən yol istifadəyə verilib

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0