USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Paşa Sığorta" işçi axtarır - VAKANSİYA

14.08.2018 Vakansiya
0 0
“PAŞA Sığorta” ASC namizədləri İnformasiya Sistemlərinin idarə edilməsi üzrə kiçik mütəxəssis /assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

- Mövcud olan informasiya sistemlərinin dəstəklənməsi, sazlanması və modullarının tətbiqində iştirak;
- Informasiya sistemlərinə aid olan istifadəçi sorğularını və ehtiyaclarını qəbul edilməsi, sistemdə olan səlahiyyət çərçivəsində, sistem istifadəçilərinin sorğularının həll edilməsi, lazım olan hallarda istifadəçi sorğularının birbaşa rəhbərinə yönəldilməsi;
- İnformasiya sistemlərinin icrası və tətbiqi üçün şirkətin əməkdaşları və eləcədə PAŞA Sığortanın sistemlərindən istifadə edən kənar istifadəçilər üçün təlimlər keçirilməsi;
- İstifadəçilərin sistemə giriş və hüquqlarının idarə edilməsi;
- Mövcud olan informasiya sistemlərinin təlimatlarının, istifadə və istismar haqqında metodik və normativ materiallarının hazırlanması və texniki dəstəyinin təmin edilməsi;
- Sığorta agentləri tərəfindən daxil olan sorğuların yerinə yetirilməsi;

Bilik və bacarıqlar:

- Ali texniki təhsil;
- HTML işarəetmə dili, ASP.Net platforması, C# proqramlaşdırma dili, SQL sorğu dili, Microsoft SQL Server 2008/2012;
- Informasiya texnologiyaları, informasiya prosesləri;
- Microsoft Office proqram paketi ilə professional işləmək bacarığı;
- Dil bilikləri Azərbaycan, rus dillərinin bilikləri, ingilis dilinin elementar bilikləri.
- Təşəbbüskar;
- Ünsiyyət qurma bacarığı;
- Dəqiq;
- Vəziyyətə operativ reaksiya vermək;
- Problemli halları həll etmək qabiliyyəti;
- Komandada işləmək bacarığı

Təcrübə:

- 1-2 il bu sahədə iş təcrübəsi.

Son müraciət tarixi: 15 sentyabr, 2018-ci il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

  • Əvvəlki

    "Azərbaycan Sənaye Sığorta" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0