USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro "İtaliya ilə" ucuzlaşır

29.05.2018 İqtisadiyyat
0 0
Avro, İtaliyada dərinləşən siyasi qeyri-müəyyənlik ilə əlaqədar olaraq dəyərdən düşür.

"Kommersant.Az" xəbər verir ki, Avro/dollar məzənnəsi 0,5% geriləyərək 1.16 səviyyəsindən də aşağı düşüb. (Bakı vaxtı ilə saat 12:00-da 1 Avro 1.1569 dollara bərabər olub)

İnvestorlar Avropada yüksələn siyasi riskdən yayınırlar.

İtaliyada ifrat sağçı Lig partiyası və 5 Ulduz Hərəkatı (M5S) arasında qurulacaq yeni hökumətin baş nazir namizədi Giuseppe Conte, Prezident Sergio Mattarellanın kabinetdə maliyyə naziri olması düşünülən iqtisadçı Paolo Savonaya veto qoymasının ardından hökuməti qurmaq vəzifəsindən imtina etmişdi.

Hadisənin ardından, İtaliya Prezidenti Sergio Mattarella, keçmiş BVF direktoru iqtisadçı Carlo Cottarelli-dən hökumət qurmasını istəyib.

  • Əvvəlki

    Həkimlərə peşə məsuliyyətinin icbari sığortasının tətbiqi nəzərdə tutulur

Digər xəbərlər