Ekspertlər ölkədə dolların məzənnəsinin düşəcəyini gözləyirlər

29.05.2018 Maliyyə
Türkiyə Mərkəzi Bankının pul siyasətində yeni qərarından sonra türk lirəsi dəyər qazanır, TRY/USD nisbəti hətta 4,4 lirəyə düşə bilər.

"Kommersannt.Az" xəbər verir ki, bu fikirlə qonşu ölkənin ekspertləri çıxış ediblər.

Onların fikrincə, ABŞ və Böyük Britaniyadakı tətillərlə əlaqədar bu gün beynəlxalq valyuta birjalarında aktivlik artacaq.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı ötən gün bəyan edib ki, pul siyasətinin əməliyyat çərçivəsinin sadələşdirilməsi prosesi başa çatıb və onun tətbiqinə iyunun 1-dən başlanılacaq.

Yeni qərara əsasən, birhəftəlik repo faizi 16,5% təşkil edəcək. Türkiyə Mərkəzi Bankı pul siyasətini əsasən bu göstərici üzərində quracaq. Bu faiz mövcud maliyyələşmə faizinə (16,5%) uyğundur.