Uçot dərəcəsi aşağı endirildi

24.10.2019 Maliyyə
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

"Kommersant.az" türk mediasına istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsi uçot dərəcəsini 2,5% azaldaraq 14%-ə endirib.

Qeyd edək ki, Türkiyədə uçot dərəcəsi daha əvvəl 16,5% həddində idi.

Qərarın ardından TRY/USD nisbəti 5,74 həddindən 5,77 həddinə qalxıb. (Finans.az)