USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

29.10.2019 İqtisadiyyat
0 0
Oktyabrın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,49% – 27 090,72 bəndədək, S&P 0,56% – 3 039,42 bəndədək, Nasdaq isə 1,01% – 8 325,98 bəndədək yüksəlib.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında oktyabrın 28-də Almaniyanın DAX-ı 0,37% – 12 941,71 bəndədək, Fransa CAC-40 0,15% – 5 730,57 bəndədək, FTSE 100 indeksi isə 0,09% – 7 331,28 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,14% azalaraq 1 496,6 dollara bərabər olub.

Oktyabrın 28-nə dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,19% artaraq 1,1099 dollar təşkil edib.