USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tehranda mənzil qiymətləri yüksəlib

30.11.2019 İqtisadiyyat
0 0
İranın paytaxtı Tehranda noyabrda mənzil qiymətləri ötən illə müqayisədə 35% artıb.

"Kommersant.az" xəbər verir ki, İran Mərkəzi Bankının açıqladığı məlumatlarda, noyabrda Tehranda mənzillərin bir kvadratmetrinin orta hesabla qiyməti 12 milyon 460 min tümənə (974 dollar) yüksəlib. Bu isə ötən ilin noyabrındakı qiymətlərlə müqayisədə 35,8% daha çoxdur.

İran paytaxtında kirayə haqları isə orta hesabla 31,7% artıb. Qiymətlərin artımı mənzillərin satışına mənfi təsir edib. Noyabr ayında Tehranda 4064 mənzil satılıb ki, bu da ötən ilin noyabrı ilə müqayisədə 40,7% azdır.

Qeyd edək ki, ABŞ-ın keçən il may ayında nüvə razılaşmadan çıxması ilə dərinləşən iqtisadi böhrandan sonra İranda bir çox sektorda durğunluq yaşanır.

  • Əvvəlki

    Dekabrda 11 gün iş olmayacaq

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0