USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fed sədri: Koronavirus ilə əlaqədar qeyri-müəyyənliklər var

30.01.2020 İqtisadiyyat
0 0
ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel (Jerome Powell) dünən keçirdiyi mətbuat konfransında dünyadakı prosesləri də qiymətləndirib.

Pauel, "Koronavirüs əhəmiyyətli bir məsələdir, bir qeyri-müəyyənlik mühiti var. Virus böyük ehtimalla Çindəki iqtisadi fəaliyyəti təsir edəcək. Çindəki virusun təsirlərini çox yaxından izləyəcəyik. Koronavirusun makro iqtisadi təsirlərinin nə olacağı naməlumdur. Ancaq yaxın dövrdə Çin iqtisadiyyatı üzərində təsirləri olacağı açıqdır" bildirib.

Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankının (Fed) 2020-ci ildəki ilk iclasında faizləri dəyişdirməyərək 1.50% - 1.75% aralığında saxlayıb.

Fed sədri, "Bankçılıq sisteminə maliyyə təmin etməyə davam edəcəyik. Qlobal iqtisadi artımın sabitləşdiyinə dair bəzi siqnallar var. Gələcək aylarda inflyasiyanın 2%-ə doğru hərəkət etməsini gözləyirik. 2% hədəfimizdən aşağı qalan inflyasiyadan məmnun deyilik. Pul siyasətinin mövcud duruşu uyğundur" şəklində danışıb.

  • Əvvəlki

    Əkin məlumatlarının peyk vasitəsilə yoxlanması davam edir

Digər xəbərlər