USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Özbəkistanla ticarəti 5 milyard dollara çatdırmağı düşünürük” - Ərdoğan - Video

20.02.2020 İqtisadiyyat
0 0
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyədə rəsmi səfərdədir.

"Kommersant.az" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Mirziyoyevin Ankarada rəsmi qarşılanma mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özbəkistanlı həmkarını köməkçisi Fuad Oktay, XİN rəhbəri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak və digər rəsmilərlə birgə qarşılayıb. Qarşılanma mərasimində 16 türk dövlətini təmsil edən bayraqlar asılıb.

Mərasimdən sonra Ərdoğanla Mirziyoyevin təkbətək görüşü başlayıb.

Tərəflər, həmçinin, Yüksək Səviyyəli Strateji Şuranın iclasında bir araya gəliblər. Prezidentlər iclasdan sonra mətbuat konfransı keçiriblər.

Ərdoğan çıxışında bugünkü görüşlərdə ikitərəfli əlaqələr və iş birliyi məsələlərini gözdən keçirdiklərini və ölkələr arasında ticarət həcmini daha da genişləndirməyi hədəfə aldıqlarını bildirib:

"Ticarət həcmimiz 2019-cu ildə əvvəlki illə müqayisədə 27% artdı. Ticarətimizin 2,2 milyard dollara çatması, əlbəttə, mühüm uğurdur. Ancaq hələ də qət etməli olduğumuz məsafə var. Cənab Mirziyoyevlə bunu ən qısa müddətdə 5 milyard dollaradək artırmağı hədəfə almışıq".