USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türk lirəsi yenə də ucuzlaşır

25.02.2020 İqtisadiyyat
0 0
Türkiyə Mərkəzi Bankının faiz endirməsi, geosiyasi gərginliklər, koronavirus ilə əlaqədar olaraq riskdən qaçış və Türkiyənin hər an Suriyada yeni əməliyyata başlaya biləcəyinin gözlənilməsi Türk Lirəsi üzərində təzyiq yaradır.

"Kommersant.az" xəbər verir ki, Dollar/TL məzənnəsi 6.16 səviyyəsini də aşıb.

Bakı vaxtı ilə saat 17:58-də Dollar 6.1601 lirəyə bərabər olub. Bu gün Lirə dollar qarşısında 1,1% dəyərdən düşüb.

Ötən Çərşənbə günü Türkiyə Mərkəzi Bankı (TCMB) faizi 0,50 bənd azaldaraq 11,25%-dən 10,75%-ə endirib. Beləliklə, bank son yeddi ayda 13,25 bənd faiz endirmişdir. Qərarın ardından JP Morgan və Commerzbank, TCMB-nin faiz endiriminə davam etməsini gözlədiklərini açıqlayıblar.

Türk Lirəsi son üç ayda ABŞ dolları qarşısında 8% dəyərdən düşüb. Bu dövrdə dollar/TL məzənnəsi 5,73-dən 6,16-ya yüksəlib.

  • Əvvəlki

    Azərbaycan 5 ölkəyə fındıq ixrac edəcək

Digər xəbərlər