USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FES dollara necə təsir edəcək? - PROQNOZ

11.06.2018 İqtisadiyyat
0 0
ABŞ Mərkəzi Bankının (Fed) Çərşənbə günü (13 İyunda) faiz artıracağına qəti gözlə baxılır.

"Kommersant" xəbər verir ki, faiz nisbətinin 25 bənd artırılaraq 1.75% - 2% aralığına qaldırılacağı gözlənilir. Beləliklə Fed, 2018-ci ildə 2-ci dəfə faiz artıracaqdır.

May ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisinin 223 minlə proqnozu aşması da İyunda faizin artırılacağı proqnozunu dəstəklədi. Güclü göstərici, Fed-in bu il ümumilikdə 3 əvəzinə 4 dəfə faiz artıracağı ehtimalını da gücləndirib. Fed-in yaxından izlədiyi əməkhaqqı göstəriciləri də Mayda yaxşılaşıb.

BAZARA TƏSİRİ

Analitiklər bildirirlər ki, faizin 25 bənd artırılması ehtimalı hazırda məzənnələrdə əks olunub, bu səbəbdən dollar və səhmlərin qiymətinin çox dəyişməyəcəkdir. Ancaq "şahin" tonda ifadələr dolların yüksəlməsinə səbəb ola bilər. Faizin artırılmasından da əhəmiyyətli olan Fed-in iqtisadi proqnozlarını necə yenilədiyi və gələcəyə doğru verəcəyi işarələrdir.

PAUELLİN MESAJLARI ƏHƏMİYYƏTLİ OLACAQDIR

İclasdan sonra keçiriləcək mətbuat konfransında Fed sədri Cerom Pauellin (Jerome Powell) verəcəyi mesajların əhəmiyyətli olacağı qeyd edilir. Fed-in faiz qərarından sonra yayacağı açıqlamasında işlədiləcək cümlələr də çox önəmlidir.

Son dövrdə iqtisadi göstəricilər daha da güclənib. İqtisadi artım mülayimdir, məşğulluq bazarı olduqca güclüdür. İşsizlik nisbətinin 3,8%-ə düşdüyü bir şəraitdə ABŞ iqtisadiyyatı hələ də yeni məşğulluq artımı təmin edə bilər.

2018-ci il ərzində faiz 3 dəfə, yoxsa 4 dəfə artırılacaqdır? Bazarı bu narahat edir. Fed-in "şahinləşməsi" (faizin 3 deyil, 4 dəfə artırılacağına işarə etməsi) Dolları bahalaşdıra bilər.

AMB DƏ FAİZ QƏRARINI AÇIQLAYACAQ

Avropa Mərkəzi Bankı (AMB) da faiz qərarını Cümə axşamı günü (14 İyunda) açıqlayacaqdır. Bankın faiz dərəcələrini dəyişməsi gözlənilmir. AMB-nin Baş iqtisadçısı Piter Praet bu həftə rəsmilərin ilin sonunda istiqraz alışlarının dayandırılmasını müzakirə edəcəyini söyləmişdi. Bu açıqlama ilə Avro/dollar məzənnəsi 17 Maydan bəri ən yüksək səviyyəyə qalxaraq 1.18 səviyyəsini keçmişdi.

  • Əvvəlki

    Bu il yay fəslinin kəskin isti keçəcəyi gözlənilir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Lirə uçuruma doğru sürətlə irəliləyir
0 0
28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0