USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da inflyasiya güclənib

12.06.2018 İqtisadiyyat
0 0
ABŞ-da inflyasiya May ayında sürətlənərək altı ilin zirvəsinə qalxıb. Güclü inflyasiya göstəricisi, Fed-in mərhələli faiz artıracağı ehtimalını dəstəkləyir.

Əmək Nazirliyi tərəfindən Çərşənbə axşamı günü açıqlanan məlumatlara görə, ABŞ-da istehlakçı qiymətləri, May ayında əvvəlki aya nisbətən 0.2% artıb; Bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 2.8 faiz artım qeyd edib.

İnflyasiyadakı illik 2.8%-lik artım 2012-ci ilin Fevral ayından bu yana ən yüksək artımdır.

Proqnoz aylıq müqayisədə 0.2 faiz, illik müqayisədə isə 2.8 faiz artım olacağı istiqamətində idi. Aprel ayında aylıq qiymət artımı 0.2 faiz, illik 2.5 faiz idi.

Ərzaq və enerji xaric baza inflyasiya aylıq 2.2 faiz, illik 2.2 səviyyəsində artıb.

  • Əvvəlki

    Dolların sabaha olan rəsmi məzənnəsi açıqlandı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0