USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FES sədri açıqlamalar verdi

14.06.2018 İqtisadiyyat
0 0
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Pauell, Fed-in faiz qərarından sonra açıqlamalar verib.

Pauell, "Fed faizi daha çox mərhələli artıracağını gözləyir. Gələn il və ya sonra faiz nisbətləri neytral səviyyəyə yaxınlaşacaq. Son inflyasiya göstəricisi cəsarətvericidir. İnflyasiya məsələsində qələbə elan etmək istəmirik. Amma iqtisadi artım üçün mənzərə müsbət qalmaqda davam edir"- deyib.

Pauell, "Martdan bəri inflyasiyaya baxışımızı dəyişdirəcək bir şey olmadı. İnflyasiyanın 2 faiz ətrafında simmetrik (2%-dən aşağı və ya yuxarı) qalacağını gözləyirik. Ümid edirik ki, inflyasiya daha da artacaqdır" deyib.

İqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu vurğulayan Pauell, işsizliyn olduqca aşağı səviyyələrdə olduğuna diqqət çəkib.

"Hər iclasda siyasəti yenidən qiymətləndiririk. İqtisadi şərtlər önəmlidir", deyib.

Faizlərin çox yavaş, ya da çox sürətlə artırmağın zərərli ola biləcəyini vurğulayan Pauell, Fed-in açıq fikirli olub məlumatları təqib etməyə davam etdirəcəyini sözlərinə əlavə edib.

Ticarət siyasəti narahatlıqları artır

ABŞ-ın ticarət siyasətinə dair narahatlıqların artdığına diqqət çəkən sədr Pauell, spesifik ticarət hərəkətlərini şərh etməyəcəyini söyləyib.

Ticarət siyasətinin təsirlərinin hələ rəqəmlərdə görülmədiyini deyən Pauell, ticarət siyasətlərinin hazırda "yalnız risk" olduğunu bildirib.

Maliyyə tərəfdəki vergi güzəştlərinə dair danışan Fed sədri, "Vergi güzəştlərindən bir təsir görməyi ümid edirik" deyib.

Maaşların mərhələli olaraq artırmaqda davam etdiyini deyən Pauell, "Maaşlarda daha sürətli bir artım gözləyirdim",- deyib.

Pauell, "Aktiv (qiymətli kağızlar) qiymətlərinə dair bir sıra narahatlıqlar var",- deyib.

Bu gün Fed maliyyələşmə faizini 25 bənd artıraraq 1.75 -2.00 faiz aralığına qaldırıb. Daha ətraflı:

  • Əvvəlki

    Bu gün Dünya çempionatı start götürəcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0