USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-dan zeytuna da əlavə gömrük vergisi

14.06.2018 İqtisadiyyat
0 0
ABŞ Ticarət Nazirliyi İspaniyadan idxal edilən zeytuna anti-dempinq vergisi tətbiq olunacağını bildirib.

"Kommersant" xəbər verir ki, nazirlik açıqlamasında, İspan zeytununun bazar qiymətindən 17 - 25,5 faiz daha aşağı qiymətə satıldığını qeyd edib. Bu səbəbdən anti-dempinq vergisi tətbiq ediləcəkdir.

İxracatçı üç İspan şirkəti ilə bağlı araşdırma nəticəsində, zeytuna 15 faiz ilə 20 faiz nisbətləri arasında dempinq həyata keçirildiyi müəyyənləşdirilib.

Bundan əvvəl, ABŞ Ticarət Nazirliyi İspaniyada zeytunçuluğa təşviq həyata keçirilməsini tənqid etmiş və təşviq nisbətinin 27%-ə qədər çıxdığını bildirmişdi.

Artırılan gömrük tarifinin qüvvəyə minmədən əvvəl Amerika Beynəlxalq Ticarət Komissiyası tərəfindən təsdiq olunması lazımdır. ABŞ keçən il İspaniyadan 67,6 milyon dollarlıq süfrəlik zeytun idxal etmişdir.

Avropa Parlamenti Vaşinqton rəhbərliyinin idxal vergisi tətbiq etmək planını Mart ayında Dünya Ticarət Təşkilatı qaydalarına zidd olduğu bildimiş və bu səbəbdən də qınamışdı. Parlament ABŞ rəhbərliyindən planı geri götürməsini tələb etmişdi. Donald Tramp rəhbərliyi bu tələbi rədd edib. ABŞ Prezidenti Avropa Birliyi və digər ölkələri dempinq siyasəti həyata keçirməklə Amerika iqtisadiyyatını zərərə məruz qoymaqda günahlandırır.

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0