USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çin bazarlarında geriləmə baş verib

24.07.2020 İqtisadiyyat
0 0
Asiya – Pasifik bazarları kimi, Çin birjalarında da ABŞ ilə hazırkı gərginliyin təsirilə bu günkü hərraclar zamanı əhəmiyyətli geriləmə baş verib.

"Kommersant.az" xəbər verir ki, Şanhay birləşmiş indeksi gün ərzində 3,86 faiz azalaraq 3,196, 77 bənddə, Şenjen birləşmiş indeksi də hətta 5 faiz azalaraq 2,138,36 bənddə qərar tutub.

"Reuters" xəbər verir ki, Çin – ABŞ əlaqələrinin barometri olan Çin yuanı da son iki ayın ən böyük geriləməsini keçirərək ABŞ dollarına nisbətən ölkədaxili məzənnəsi 7,0166, xarici əməliyyatlarda isə 7,0224 səviyyəsində müəyyənləşib.

Bununla yanaşı Honkonq birjasında Hanq Senq 2,51 faiz azalıb.

Xatırladaq ki, Çin – ABŞ münasibətlərində bu gün də gərginliklə yadda qalıb. Belə ki, Çin hökuməti Ağ Evdən Çenqdu Baş Konsulluğunu bağlamağı tələb edib ki, bu da qarşı tərəfin srağagün Hyustondakı Çin konsulluğuna dair bənzər tələbinə cavab olaraq dəyərləndirilir. Dünən isə dövlət katibi Mayk Pompeo bundan belə Çinin "dünya düzənini dəyişdirmək təşəbbüsləri"nə dözmək fikrində olmadıqlarını açıqlamışdı.

© Report

  • Əvvəlki

    Dünya Bankının Azərbaycan üzrə meneceri yeni vəzifəyə təyinat alıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0