Dolların dünyadakı statusu çökür

19.06.2018 Maliyyə
“Commerzbank”ın iqtisadçısı Jörg Kraemer bildirir ki, dolların dünyadakı əsas valyuta statusu çökür. Onun sözlərinə görə, bu, qismən ABŞ-ın öz pulunu daha çox xaricdə gücləndirmə siyasətindən irəli gəlir.

“Kommersant” xəbər verir ki, iqtisadçı hazırda Donald Trumpın Avropa ilə pozulan münasibətlərə görə avronun dollara ciddi rəqib ola biləcəyinə diqqəti çəkib. Kraemer dollarla müqayisədə dünyanın əsas valyuta növü olması baxımından avronun daha yaxşı bir seçim ola biləcəyini söyləyərək "Şübhəsiz ki, dollar hələ də “SWIFT1” vasitəsilə ötürülən xarici bazarın əsas hissəsindən ibarətdir. Ancaq son illər bu hissə hiss olunacaq qədər azalıb. Avronun bu müqayisədəki payı dollardan sadəcə 4 vahid geridədir”, - deyə əlavə edib.

Üstəlik, Kraemer avronun dünyanın əsas valyuta mənbəyinə çevrilə biləcəyi halda, ona olan tələbin daha da artacağına diqqət çəkərək ABŞ-ın əksinə, ən azından indi "avro dövlətləri” cari vaxtda daha çox bazaya sahib olduğunu bildirib. Bu da avronun tək dolları yox, bütün pul vahidlərini geridə qoya biləcəyinə işarədir.

Nərmin Həsənli