USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“E-ticarət nəhəngləri artıq növbəyə düzülüb” - NAZİRDƏN AÇIQLAMA

20.06.2018 İqtisadiyyat
0 0
Türkiyənin maliyyə naziri Naci Ağbal elektron ticarətin izlənilməsi məqsədi ilə atılan addımların səs-küy doğurduğunu vurğulayaraq bildirib ki, ticarətçilər Türkiyəni önəmli bir bazar olaraq görür

"Kommersan" xəbər verir ki, nazirin sözlərinə görə, ticarətçilər vergi müəssisələrində qeydiyyatdan keçmək istəyirlər. Bunun üçün elektron şəkildə bəyannamə verilməsi, sənədlərin hazırlanması, hesab işləri, ödəmə sistemi yaradılarsa prosedurlar daha sadə olacağını bildirirlər:

"Hətta bunun üçün növbəyə belə düzülüblər" deyə bildirib.

Maliyyə Naziri Naci Ağbal elektron ticarətin izlənməsi ilə bağlı Risk Analizləri Mərkəzi qurulacağını da bildirərək yeni dönəmdə hətta bu mərkəzin vergi qaydalarını ən yaxşı icra edən əsas qüvvə olacağını da söyləyib. Nazirin sözlərinə görə, həyata keçirilən bu proseslərdən sonra görüşmək istəyən şirkətlərin sayı artıb:

"Bundan 2 həftə əvvəl ard-arda 3 nəhəng şirkət ilə görüşdüm. Prosedurları daha da bəsitləşdirməyimizi istəyirlər".

Ağbal deyir ki, əgər ölkə daxilində bu işlə məşğul olanlar vergi ödəyirlərsə, ölkə xaricində də Türkiyənin hesabına qazanc əldə edənlər vergi verməlidir.

  • Əvvəlki

    Maliyyə Nazirliyindən infilyasiya - PROQNOZU

Digər xəbərlər