USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədən ABŞ-a qarşı sərt addım

21.06.2018 İqtisadiyyat
0 0
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ABŞ tərəfindən Türkiyə məhsullarına tətbiq edilən vergiyə qarşılıq vergi tətbiqinə bu gün başlanıldığını bildirib. Onun sözlərinə görə, 22 ABŞ məhsuluna 300 milyon dollarlıq əlavə gömrük vergisi tətbiq olunub

"Kommersant" xəbər verir ki, itisadiyyat naziri Zeybekci açıqlamasında qeyd edib ki, ABŞ-a 1 milyard 180 milyon dollarlıq polad ixrac, 1,3 milyard dollarlıq isə məhsul idxal edilib:

"Tətbiq edilən vergilərlə bağlı danışıqlar aparmaq istədik. ABŞ-ın bizə qarşı hazırladığı vergilərin hazırki tutumu 260 milyon civarındadır. Bizim tətbiq edəcəyimiz vergi isə ABŞ-a 300 milyon dollara başa gələcək. Və bununla da əlavə xərc qarşılanmış olacaq. Qərar bu gün etibarilə qüvvəyə mindi.Vergini 22 müxtəlif məhsula tətbiq edəcəyik. Məhsulların hansılar olacağına isə biz qərar veririk. Elə məhsullar seçdik ki, onların Amerikaya təsiri əsaslı olsun.

Amerika bu dönəm dünya ilə ticarət savaşına başlayıb. Buna görə də yaxın gələcəkdə başqa addımların da ola biləcəyini ehtimal edirik. Amerika bunu birmənalı şəkildə unutmalıdır: "Mən bütün dünyaya sərhədlər qoyacağam, amma bütün dünya ilə asan şərtlər altında ticarətimi sürdürəcəyəm". Çünki belə bir şey mümkünsüzdür".

  • Əvvəlki

    "Tərəflər konsensusa gəlsə, Dağlıq Qarabağ münaqişəsinin həlli uzaqda olmayacaq"

Digər xəbərlər