Rusiyanın növbəti 3 il üzrə hədəfləri açıqlandı

21.06.2018 Maliyyə
“Rusiyanın büdcəsinin idarəsində qarşıdakı 3 il ərzində bunlar nəzərdə tutulur - əhalinin gəlirlərinin artırılması, pensiyaların iqtisadi artımdan və infilyasiyadan yüksəyə qaldırılması”

“Kommersant” xəbər verir ki, bu sözləri “Büdcə Proqnozları üzrə Hökumət Komissiyası”nın iclasında baş nazir Dmitri Medvedyev deyib.

O qeyd edib ki, hazırda dünya iqtisadiyyatının ümumi mənzərəsi çox qarışıq olduğundan və sanksiyalar davam etdyi üçün Rusiya öz şərtlərini sərbəst şəkildə, istədiyi kimi müəyyənləşdirə bilmir:

“Baxmayaraq ki, biz artıq bütün çətinliklərlə mübarizə apara biləcəyimizi sübut etmişik. Yenə də arxayınlaşmağa tələsməməliyik. Buna görə də büdcə hesablanması zamanı ola biləcək hər riski nəzərə alacağıq. Hətta belə qarışıq vəziyyətdə milli inkişafın təmin olunmasına çalışmalıyıq. Təhsil, səhiyyə, sənayə - qısacası - iqtisadiyyatın bütün prioritet sahələrində əmək və məşğulluq, kiçik və orta biznesin inkişafının yüksəldilməsinə çalışırıq”.