USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal bank: Dolların bahalaşması davam edəcək

22.06.2018 İqtisadiyyat
0 0
ABŞ-ın qlobal investisiya bankı "Morgan Stanley", Dolların bahalaşmasının davam edəcəyini, inkişaf edən ölkələrin pul vahidlərinin isə zəifləyəcəyini proqnozlaşdırır.

"Kommersant" xəbər verir ki, "Morgan Stanley" strateqləri tərəfindən hazırlanmış bir hesabata görə, bank, dollarda "rallinin" daha yüksək bir volatilliklə davam edərək üçüncü rübdə ən yüksək səviyyəyə çatacağını gözləyir. İnkişaf edən ölkələrin pul vahidləri isə ucuzlaşacaqdır.

Strateqlər, qlobal likvidlik şərtlərinin sərtləşdiyini və risk iştahanın zəiflədiyi bir şəraitdə Dolların bahalaşacağı fikirindədir.

"Morgan Stanley" dördüncü rüb üçün Avro/dollar təxminini 1.26-dan 1.15-ə, eyni zaman üçün Sterlinq/dollar proqnozunu 1.37-dən 1.30-a endirib. Bankın yenə dördüncü rüb üçün Dollar/yen proqnozu isə 101 səviyyəsində saxlanılıb.

Hesabatda, Yaponiya xaric Asiya pullarının, inkişaf edən ölkələrin valyuta bazarlarının birinci rübdə üzləşdiyi şoklar qarşısında olduqca dözümlü olduğu, ancaq bu vəziyyətin, riskli aktivlərə dair pisləşmənin daha güclü bir hal alması ilə əksinə qayıtmasının mümkün olduğu qeyd edilib.

  • Əvvəlki

    Müdafiə xərcləri 3 milyard manata yaxınlaşır

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0