USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın iqtisadi artım proqnozu aşağı salındı

28.06.2018 İqtisadiyyat
0 0
Rusiyanın İqtisadi İnkişaf Nazirliyi, ölkənin 2018-ci il üçün iqtisadi artım proqnozunu 2,1%-dən 1,9%-ə endirib

"Kommersant" xəbər verir ki, Nazirlikdən bildiriblər ki, Rusiya iqtisadiyyatına dair yenilənmiş makro-iqtisadi proqnozlar hökumətə təqdim edilib.

Yenilənmiş proqnozlara görə, artım proqnozu 2019-cu il üçün də 2,2%-dən 1,4%-ə endirilib.

İnflyasiyaya dair proqnoz isə 2018-ci il üçün 2,8%-dən 2,9%-ə, gələn il üçün inflyasiya proqnozu da 4%-dən 4,3%-ə yüksəldilib.

Ölkədəki əlavə dəyər vergisinin (ƏDV) 18%-dən 20%-ə qaldırılması səbəbindən, inflyasiyada 1,2 bəndlik əlavə artım baş verməsi gözlənir. Real gəlirlərin bu il 6,3 faiz artacağına dair proqnozda isə dəyişiklik edilməyib.

Rusiyada hökumət, büdcə üzərindəki təzyiqinin azaldılması məqsədilə, gələn ildən etibarən 2024-ə qədər ƏDV nisbətini 18%-dən 20%-ə qaldıracaq. Artacaq ƏDV nisbəti ilə gələcək 6 il ərzində 2 trilyon rublluq (təxminən 32 milyard dollar) əlavə gəlir təmin olunması planlaşdırılır.