Kriptivalyutalarla bağlı təhlükə gözlənilirmi? - MÜZAKİRƏ

05.07.2018 Maliyyə
ABŞ kriptovalyutanın "gücü”ndən narahatdır.

“Kommersant” xəbər verir ki, ABŞ senatı gələcəkdə kriptovalyutanın seçimlərə təsir edib-etməyəcəyini müəyyənləşdirir. Məsələ, Rusiyanın da iştirakı ilə baş tutan araşdırmada müzakirə olunub. Söhbət isə tam olaraq prezident seçkilərindən gedir. Bu vaxta qədər kriptovalyutaların xərclərin azaldılması, daha sərfəli olması, fırıldaqçılığın qabağını alması və s. kimi bir sıra xüsusiyyətləri ilə fərqlənməsinə dair məlumatlar yayılmışdı.

Müzakirə zamanı ABŞ senatı iddiasında kriptovalyutaların ölkədən kənarda ölkəyə qarşı çıxmaq istəyənlər üçün rahat istifadə baxımından yaxşı fürsət ola biləcəyini iddia edib. Konkret mərkəzləşdirmənin olmaması və anonim strukturu kriptovalyutadan hər insanın niyyətinə görə istifadə etməsinə şərait yaradır.

Müzakirənin nəticələri ilə bağlı dəqiq hesabat yayılmasa da tərəflərin mövzu ilə bağlı mövqeyi sərt olub.