“Jaguar” əməliyyatları dayandıra bilər

05.07.2018 Maliyyə
Jaguar "Brexit"in çətin vəziyyətində İngiltərədə əməliyyatları dayandıra bilər.

“Kommersant” xəbər verir ki, nəhəng avtomobil istehsalçısı “Jaguar Land Rover” açıqlama verərək bildirib ki, “Brexit”in çətin vəziyyəti onlara 1,2 milyard funt-sterlinq zərərə başa gəlib.

Əgər vəziyyət davam edərsə, şirkət Böyük Britaniyanı tərk etmək məcburiyyətində qalacağını da bildirib. Şirkət rəsmiləri İngiltərə hökumətinə səslənərək müştərilərini qorumaq, bazardakı fəaliyyətini tənzimləmək, Avropa İttifaqı və üzv ölkələrlə məhdudiyyətsiz ticarət üçün şərait yaratmalarını istəyib.