Kritik məlumat açıqlandı

06.07.2018 Maliyyə
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq proqnozu üstələdi, maaş artımı yavaşladı

Qlobal bazarların səbirsizliklə gözləndiyi məlumatlar açıqlandı.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq İyun ayında 213 min artıb. Proqnoz 195-200 min artım idi.

İşsizlik nisbəti isə 3.8%-dən 4%-ə yüksəlib.

Orta saatlıq maaşların aylıq artımı 0.3%-dən 0.2%-ə düşüb, illik artımı isə 2.7%-də qalıb.

ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq proqnozdan çox artsa da, maaş artımı yavaşlayıb. Həmçinin işsizlik nisbəti artıb.

Saat 16:35-ə olan məlumata görə, Dollar Avro qarşısında 0,6% ucuzlaşıb. Avro/Dollar məzənnəsi 1.1757 səviyyəsinə qalxıb.

ABŞ-ın başlatdığı "ticarət müharibəsi" narahatlıqları artıb. Ticarət gərginliyinin ABŞ-da məşğulluğa və maaşlara mənfi təsir edəcəyi ehtimal edilir.

İşsizlik nisbətindəki artımın Fed-in daha sürətli faiz artıracağı gözləntilərini azaldacağı bildirilir.