“Brexit”in başçısı istefa verdi

09.07.2018 Maliyyə
İngiltərədə “Brexit” çaxnaşması davam edir.

“Kommersant” xəbər verir ki, İngiltərənin Avropa Birliyindən ayrılma müddəti - “Brexit”in idarəçisi David Davis vəzifəsindən istefa edib. Verilən məlumata görə, Davisin istefası baş nazir Theresa May üçün böyük zərbə olub.

AB-dən tam çıxışına 9 ay qalan İngiltərə hökumətində isə fikir ayrılıqları davam edir. Theresa May, rəsmi çıxış müddəti başa çatmamış AB ilə ticari müqavilələr imzalamaqla bağlı təzyiqlər alır. Bundan başqa Davislə bərabər yüksək vəzifəli bir şəxsin də istefası gözləndiyindən Mayın “Brexit” planlarını parlamentdə qəbul etdirə bilib-bilməyəcəyi sual doğurur.