“TABA-AmCham”ın rəhbəri Akat: Türkiyə ticarət savaşından qazanclı çıxacaq.
"Kommersant" xəbər verir ki, Türk-Amerika iş adamları dərnəyinin rəhbəri Ali Osman Akat Türkiyənin ABŞ ilə Çin arasında gedən ticarət savaşından qazanclı çıxacağını söyləyib. O, açıqlamasında idxal və ixrac xərclərinə nəzər saldıqda mövcud vəziyyətdən qazanclı çıxacaq ölkələrdən birinin Türkiyə olacağını vurğulayıb.
Əlavə edib ki, əgər türk iş adamları imkandan yararlanaraq lazımi layihələr həyata keçirə bilsələr, iki dünya nəhənginin qarşılaşmasından yaranacaq mənfi nəticələri öz xeyirlərinə çevirə bilərlər.