“BMW”-nin gəlirləri azalıb

02.08.2018 Maliyyə
Ticari müharibənin nəticələri özünü göstərir.

“Kommersant.az” xəbər verir ki, Almaniyanın nəhəng avtomobil brendi “BMW”-nin ikinci rüb gəlirləri çinli müştərilərin bazarı tədricən tərk etməsi səbəbilə azalıb.

Şirkət tərəfindən verilən açıqlamaya görə, ikinci rübdə şirkət gəlirləri 6,3% azalaraq 2,75 milyard avroya düşüb.

Qeyd edək ki, ekspertlərin sözügedən dövrdə gözlədiyi qazanc 2,68 milyard avro idi.