"Kommersant.az" xəbər verir ki, təqdim olunan açıqlamaya görə, Türkiyədə turistlərin sayının artması, xərclərin yüksəlməsi, zərər etmiş heyvandarların təsərrüfatdan uzaqlaşması və bu kimi digər səbəblər yumurta qiymətlərində yüksəlişə gətirib çıxarıb.
Belə ki, 2018-ci ilin yanvar ayında bir ədəd yumurtanın qiyməti 0,25 lirə idisə, avqust ayında bu qiymət 0,40 lirəyə qalxıb. Qeyd edək ki, Türkiyə dünya üzrə ən böyük yumurta istehsalçısı olan ölkələrdəndir.