Bu şirkətlərə sanksiya tətbiq ediləcək

07.08.2018 Maliyyə
ABŞ İrana qarşı yeni sanksiyaya başlayır.

“Kommersant.az” xəbər verir ki, ABŞ prezidenti Donald Trump İrana qarşı sanksiyaların bərpası haqda icra qərarı imzalayıb.

Ağ Evdən veilən məlumatda İrana qarşı energetika, gəmiqayırma və digər sahələr çərçivəsində mərhələlərlə həyata keçiriləcək sanksiyaların ilk olaraq İranın ABŞ dövlət istiqrazları, dollar aktivləri və qiymətli metallar almasına şərait yaradan şirkətlərinə qarşı 7 avqustdan etibarən tətbiq ediləcəyi bildirilib.

Sanksiyaların ikinci hissəsi olan ABŞ-ın İran neftini almasına dair tətbiq edəcəyi məhdudiyyət tədbirləri isə 5 avqustdan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Trumpın sanksiyaların tətbiqini tezləşdirməsinə səbəb, ötən gün AB və BMT-nin İranı müdafiə edəcəklərinə dair verdiyi bəyanat olub.