"Kommersant.az" xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində Rusiya və Avropa Birliyi arasında ticarət dövriyyəsi 143,96 milyard dollara çataraq 21,5% artım müşahidə olunub.
Bu barədə xəbəri, Rusiyanın Dövlət Gömrük Komitəsi verib. Belə ki, Rusiyadan AB-yə ixracatın miqdarı 99,9 milyard dollar, AB-dən idxal miqdarı isə 44 milyard dollara çatıb.
Qeyd edək ki, Avropa Birliyinin bu dövriyyədəki payı 43,8%-dən 43,9%-ə yüksəlib.