ABŞ Çinin bu məhsullarına vergini artırdı - 16 MİLYARDLIQ SİYAHI

08.08.2018 Maliyyə
16 milyardlıq vergi avqust ayından etibarən qüvvəyə minəcək.

“Kommersant.az” xəbər verir ki, ABŞ 23 avqustdan etibarən 25% vergi tətbiq olunacaq 16 milyard dollar dəyərində növbəti məhsul siyahısını ictimaiyyətə təqdim edib.

Belə ki, ABŞ-ın təqdim etdiyi siyahıda mühərrik yağı, spirt, xlor, akril polimerlər və yarımkeçiricilər daxil olmaqla 279 maddənin adı var.

Qeyd edək ki, iyul ayında qüvvəyə minən ilk rüsum siyahısında 34 milyard dollar dəyərində 818 məhsul yer almışdı.