Dünya bazarından faiz dərəcələrinə dair məlumat

14.08.2018 Maliyyə
Müsbət nəticələr müşahidə oluna bilər.

“Kommersant.az” xəbər verir ki, dünya bazarında ötən gün nəticələr mənfi olsa da, bu gün Çin və avro-zonada sənayedə fəallığın artması ilə faiz dərəcələrində dəyişiklik müşahidə oluna bilər.

ABŞ-da dünən faiz dərəcələrinin aşağı olması daxili dinamikanı ön plana çəkmişdi. Bununla da dollar indeksi yüksələrək 96,52 ilə 2017-ci ilin iyun ayından etibarən ən böyük artım səviyyəsini nümayiş etdirib.

Qeyd edək ki, Trump son bir həftənin əsas gündəmi olan Pentaqonun 716 milyard dollarlıq 2019-cu ilin büdcə sənədini də imzalayıb.

Ekspertlər bu gün Avropada böyümə və sənaye istehsalı kimi əhəmiyyətli sahələrin faiz dərəcələrinə dair məlumatların açıqlanacağını bildiriblər.