Boykot başlamadan nəticələri özünü göstərdi

14.08.2018 Maliyyə
“Vestel”in səhmləri bahalaşdı.

“Kommersant.az” xəbər verir ki, Türkiyənin böyük elektronika şirkətlərindən olan “Vestel”in ölkə prezidenti Erdoğanın “ABŞ elektronikasını boykot edəcəyik” çıxışından sonra səhmlərində ani yüksəliş qeydə alınıb.

Qeyd edək ki, ölkə başçısı çıxışı zamanı boykot qərarının ardından “Onların “iPhone”u varsa, digər tərəfdə “Samsung”, “Venüs”, “Vestel” var” deyə bildirib.

Bu çıxışın ardından “Vestel”in səhmləri 7%-dən çox artım nümayiş etdirib.