USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədən rədd cavabı

15.08.2018 İqtisadiyyat
0 0
Brunsonla bağlı qərarsızlıq davam edir.

"Kommersant.az" xəbər verir ki, Türkiyə-ABŞ münaqişəsinə səbəb olan rahib Brunsonun azadlığa buraxılması ilə bağlı etiraza Türkiyənin Ağır Cinayətlər məhkəməsindən ikinci dəfə rədd cavabı verilib.

Qeyd edək ki, FETÖ ilə əlaqəsi olduğu iddia edilən amerikan rahib Türkiyədə həbs edilmiş və onun üçün 35 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilmişdi. Lakin ABŞ prezidenti Donald Trump Türkiyədən rahibin sağlamlığı ilə əlaqədar olaraq azadlığa buraxılmasını istəmiş, bundan sonra rahibə ev həbsi verilmişdir. Vəziyyətlə kifayətlənməyən Trump Brunsonun hələ də azadlığa buraxılmadığına görə Türkiyəyə sanksiyalar tətbiq etməyə başlamışdı.