USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Nazirliyi bazara nəzarət edəcək - RUSİYADA

29.08.2018 İqtisadiyyat
0 0
Nazirlik yenidən bazara qayıdır.

"Kommersant.az" xəbər verir ki, Rusiyanın Maliyyə Nazirliyi bu gün yenidən bazarda öz yerini alacağı ilə bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumatda bazarda borc almaq istəyən yeni investorlar axtarıldığı bildirilib.

Belə ki, investorlara bir seriyası olan 15 milyard rubl dəyərində federal kredit istiqrazları təklif olunacaq və bu istiqrazlar ancaq 2021-ci ilin sonuna qədər keçərli olacaq.

Qeyd edək ki, nazirlik bazarda vəziyyətin stabilliyini qorumaq məqsədi ilə uzun müddət satışa istiqrazlar çıxarmayacağını bildirmişdi.

Onu da əlavə edək ki, ekspertlər satışa çıxarılan istiqrazların gün ərzində bütünlüklə satılacağını və 2 həftədir sürən kəsrləri bağlayacağını düşünürlər.