Qarabağ Azərbaycandır!

Prezidentlə məmurların maaşı eyni olacaq

10.09.2018 Maliyyə
Meksikanın millət vəkillərinin xarici ölkələrə səfərləri ləğv edilir.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə Deputatlar Palatasının Siyasi Əlaqələndirmə Şurasının rəhbəri Mario Delqado bildirib. O, bu addımın büdcə vəsaitlərinə qənaət etmək üçün atıldığını qeyd edib. Delqadonun sözlərinə görə, Meksika parlamentinin yeni çağırışı deputatların büdcə hesabına beynəlxalq səyahətlərini ciddi şəkildə nəzərdən keçirməyi planlaşdırır.

Yeni qərara əsasən, parlamentin aşağı palatası "ParlAmericas"ın Kanadada keçiriləcək plenar iclasında, eyni zamanda "Balinin Daimi İnkişafı üzrə Dünya Parlament Forumu"nda iştirakdan imtina edir. Qeyd edək ki, sözügedən tədbirlər bu ay ərzində keçiriləcək.

Xatırladaq ki, büdcə vəsaitlərinə qənaət 1 iyulda prezident seçilən Andres Manuel Lopesin əsas fəaliyyət istiqamətinə çevrilib. O, dövlət məmurlarının büdcə hesabına sığortasının ləğv ediləcəyinə söz verib. Eyni zamanda məmurların prezidentdən yüksək maaş almaqlarına da imkan verməyəcəyini bildirib. Andres Manuel Lopes öz əmək haqqını 108 min pesoyadək (5,6 min dollar) məhdudlaşdırıb.