Qarabağ Azərbaycandır!

İnvestorların Avropaya inamı azalıb

10.09.2018 Maliyyə
Göstərici indeksləri gözləntiləri doğrultmayıb.

“Kommersant.az” xəbər verir ki, “Sentix İnvestor Güvən indeksi” Avropanın avqust ayında 14,7 ballıq səviyyəsini sentyabrda 12 olaraq dəyərləndirib. Bu isə son iki ayda toparlanma aşamasında olan indeks səviyyəsinin yenidən düşməsi deməkdir.

Qeyd edək ki, 2,7 bal azalan indeksin mütəxəssislər tərəfindən 13,4 bal olacağına dair proqnozlar verilmişdi. Mövcud nəticələrə görə gələcəyə yönəlmiş iqtisadi proqnozların da səviyyəsi aşağı düşüb.