Qarabağ Azərbaycandır!

Nazirlikdən qiymətlərin ucuzlaşması ilə bağlı - HESABAT

13.09.2018 Maliyyə
ABŞ son ilyarımda ilk dəfə “düşdü”.

“Kommersant.az” xəbər verir ki, ABŞ-da İstehsalçı Qiymətləri İndeksi avqust ayında iyul ayı ilə müqayisədə 0,1% azalaraq 2017-ci ilin fevral ayından etibarən ilk dəfə geriləyib.

ABŞ-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə İstehsalçı Qiymətləri İndeksinin avqustda gözlənilmədən geriləməsinə ticarət və logistika xərclərinin, ərzaq qiymətlərinin düşməsi səbəb olub. Belə ki, ölkədə hazırda ticarət sektorunda 0,9%, logistikada 0,6%, ərzaq qiymətlərində də 0,6% ucuzlaşma müşahidə olunur. Qeyd edək ki, bununla yanaşı enerji qiymətlərində 0,4% artım var.