USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini artırdı - NƏ BAŞ VERİR?

13.09.2018 İqtisadiyyat
0 0
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz dərəcəsini artırıb.

"Kommersant.az" xəbər verir ki, TCMB faiz dərəcəsini 17.75%-dən 24%-ə qaldırıb. İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, bu qərarla Türkiyə Mərkəzi Bankı dövriyyədəki lirənin kütləsini azaldaraq inflyasiyanı tənzimləmək istəyir:

"Yüksək faiz ölkə iqtisadiyyatı üçün ciddi riskin olduğunu göstərir. TCMB-nin faiz dərəcəsini artırması kreditlərin, istiqrazların faiz dərəcələrinin yüksəlməsi deməkdir. Türkiyə hökuməti son 3-4 ildir ki, faiz dərəcəsinin aşağı olmasının tərəfdarıdır. Hökumət düşünür ki, faiz yüksək olanda inflyasiya da yüksəlir. Ancaq əslində inflyasiya faizi yüksəldir. Faizi bu qədər yüksəltmək yaxşı hal deyildi. Yüksəltməyib aşağı səviyyədə saxlamaq da eyni zamanda çıxış yolu deyil".

İqtisadçı qeyd edib ki, Türkiyə lirəsinin üzərində təzyiqin artmasına səbəb Mərkəzi Bankın vaxtında qərar verməməsi oldu:

"Təzyiq daha çox siyasi risklər fonunda (Yeni idarəetmə sisteminə keçilməsi, ABŞ tərəfindən sanksiyaların tətbiq olunması, Suriyadakı gərginliyin davam etməsi və s.) və uzun müddətdir tədiyyə balansının defsitinin artması, inflyasiyanın yüksəlməsi və xarici valyutada olan borc həcminin kifayət qədər yüksək olması ilə yarandı. Son 2 ayda isə ABŞ Mərkəzi Bankının (FES) faiz dərəcəsini artırması ilə inkişaf etməkdə olan ölkələrdən vəsait daha çox inkişaf etmiş ölkələrə axır. Qlobal risk artıb. İnkişaf etməkdə olan ölkələrdən olan Argentina Mərkəzi Bankı ötən həftə faiz dərəcəsini 60%-ə yüksəltdi. Venesuelada isə bu göstərici 40% səviyyəsindədir".

Ekspert vurğulayıb ki, yaxın 6 ay ərzində Mərkəzi Bankın faiz dərəcəsini kəskin şəkildə aşağı salacağı gözlənilmir:

"Türkiyə Respublikası Mərkəzi Bankının növbəti qərarına 2 aydan çox vaxt var. Yaxın 6 aydan sonra alınan son qərarlar müsbət nəticə versə, Mərkəzi Bank faiz dərəcəsini tədricən aşağı sala bilər".

  • Əvvəlki

    Hərrac keçiriləcək - MƏBLƏĞ

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0