Qarabağ Azərbaycandır!

Borclulara dəstək

17.09.2018 Maliyyə
Dövlətdən alacaqlıların bəyənməyəcəyi qərar verilib.

“Kommersant.az” xəbər verir ki, kapitalını itirən və ya yüklü miqdarda borcu olan şirkətlərin bu halda tətbiq edəcəkləri üsullar müəyyən edilib.

Türkiyənin Ticarət Nazirliyinin verdiyi Türk Ticarət Qanununun 6102 saylı 376-cı maddəsinə əsasən müəyyən olunan qaydalarla bağlı nazirlikdən rəsmi açıqlama verilib. Belə ki, qanuna görə, şirkətin mövcud sərmayəsinin ən az yarısının, ya da 1/3-nin qarşılıqsız qaldığı halda idarə heyətinin iclası təşkil olunacaq. İdarə heyəti görülə biləcək tədbirləri müəyyənləşdirdikdən sonra alacaqlılarla görüşərək haqlarının ödənilməsini ləğv edə biləcək.

Eyni zamanda, şirkətin ortaqları varsa, kəsrləri tamamlamaq onların öhdəliyinə veriləcək. Yatırılan pullar isə heç bir halda sözügedən ortaqlara geri qaytarılmayacaq.