Qarabağ Azərbaycandır!

600 milyon manatlıq ev - FOTOLAR

19.09.2018 Maliyyə
Dünyanın ən bahalı evlərinin siyahısını təqdim edirik.

“Kommersant.az” xəbər verir ki, qiyməti milyonlarla dollar dəyərində olan evlərinin siyahısı hazırlanıb. Həmin siyahını sizə təqdim etməzdən əvvəl özünü bir günlük də olsa, milyoner hiss etmək istəyənlər üçün Kiyevin mərkəzində belə evlərin kirayə verildiyini nəzərinizə çatdırmaq istəyirik.

Dünyanın ən bahalı evlərinin fotoları:

10) İtaliya, Roma – 617 kv/m olan evin dəyəri təqribən 7 milyon avrodur (13 milyon 893 min 600 manat).

9) Dubay – 208 kv/m böyüklüyündə, 7,2 milyon avro (14 milyon 290 min 560 manat) dəyərində “Bürc Xəlifə”də yerləşən dünyanın ən hündür evi;

8) İsveçrə, Cenevrə - 400 kv/m, 12,7 milyon avro (25 milyon 206 min 960 manat) dəyərindəki “penthaus” Cenevrənin mərkəzində yerləşir.

7) Yaponiya, Tokio – dünyanın 400 kv/m həcmində ən böyük bir otaqlı mənzilinin qiyməti 14,9 milyon avrodur (29 milyon 573 min 520 manat). Evdə yataq otağı, mətbəx, qarderob və hamam otağı mövcuddur.

6) Fransa, Paris – 750 kv/m, klassik dizayna sahib evin dəyəri 23 milyon avrodur (45 milyon 650 min 400 manat).

5) Çin, Honqkonq – 650 kv/m böyüklüyündə, 36 milyon avro (71 milyon 452 min 800 manat) dəyərində ev Asiyanın ən böyük evidir.

4) ABŞ, Nyu-York – 1000 kv/m, 77 milyon avro (152 milyon 829 min 600 manat) dəyərində Mərkəzi Parkın yanında, Manhettanda yerləşən mənzilin panoramik mənzərəsi əvəzolunmazdı.

3) ABŞ, Nyu-York – 1200 kv/m, 83 milyon avro (164 milyon 738 min 400 manat), “Pierre Hotel”in 38-39-cu mərtəbəsində yerləşən mənzil dizaynında 30-cu illərin tərzini qoruyub saxlayır.

2) Böyük Britaniya, London – 1600 kv/m, 150 milyon avro (297 milyon 720 min manat), böyük pəncərələri olan mənzildə yaşamaq cəsarət tələb edir.

1) Monako – 3300 kv/m, 300 milyon avroluq (595 milyon 440 min manat) mənzil dünyanın ən bahalı evi hesab olunan dəniz mənzərəli mənzilin kinoteatrı, fitness zalı, hovuzu, uşaq üçün oyun zalı və s. kimi otaqları mövcuddur.