Qarabağ Azərbaycandır!

Trumpdan OPEK-ə tələb

20.09.2018 Maliyyə
Neft qiymətləri aşağı düşə bilər.

“Kommersant.az” xəbər verir ki, ABŞ prezidenti Donald Trump OPEK-i monopolist adlandıraraq neft qiymətlərini dərhal aşağı salmağı tələb edir.

Bu barədə ABŞ lideri şəxsi “Twitter” hesabında yazıb. Trump bildirib ki, Yaxın Şərq ölkələrinin təhlükəsizliyini qorumaq lazımdır. Onun sözlərinə görə, hazırki vəziyyətdə OPEK neft qiymətlərini daha da qaldırmağa niyyətlidir və bu halda heç bir təhlükəsizlikdən söz gedə bilməz.