USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Çinə gözlənilməz dəstək

22.09.2018 İqtisadiyyat
0 0
ABŞ-dan cavab reaksiyası gözlənilir.

"Kommersant.az" xəbər verir ki, Rusiyanın iqtisadiyyat naziri Maksim Oreşkin ABŞ-ın Çinə qarşı tətbiq etdiyi sanksiyalara dəstək olmaq məqsədi ilə Amerikadan idxal olunan məhsullarının əksəriyyətini qarşılamağa hazır olduğunu bildirib.

Bu barədə Oreşkin, təşkil olunmuş mətbuat konfransında bildirib. Rusiya bu addımını ABŞ-Çin ticarət müharibəsinin mənfi təsirlərinin bütün dünyanı əhatə edəcəyindən qorxmaları ilə bağlayıb.

Nazir Rusiyanın dünya iqtisadiyyatının hərəkətvericilərindən biri kimi məsələyə müdaxiləsini mütləq saydıqlarını və baş verə biləcək mənfi nəticələri aradan qaldırmaq üçün çalışmalı olduqlarını bildirib.

ABŞ tərəfinin məsələyə münasibəti və cavab reaksiyası mütəxəssislərin diqqət mərkəzindədir.