Qarabağ Azərbaycandır!

“iPhone XS” pivədə qalsa, nə olar?

24.09.2018 Maliyyə
"Google"un qısqanclığı maneə yaradır.

“Kommersant.az” xəbər verir ki, “Apple”ın yeni nəsil “iPhone XS” smartfonları bahalı olduğu üçün artıq texnologiya həvəskarlarının da işinə mane olur.

Belə ki, yeni smartfon təqdim olunan kimi eksperiment aparan həvəskarlar bu dəfə gecikirlər. Yenə də “iFixit” əməkdaşları 1000 dollarlarından keçib kiçik bir sınaq ediblər.

“iPhone XS” smartfonunu pivə ilə dolu kolbaya salan həvəskarlar baş verənləri anbaan kameraya çəkiblər. Sınağın nəticəsi isə təəccüb doğurub. 5 saat pivədə qalan “iPhone XS” işləməyə davam edib.

Bu videonu “Youtube”a yükləyən “iFixit” əməkdaşları bir müddət sonra videonun silindiyini görüblər. Güman edilir ki, bu “Pixel” adlı smartfon istehsal edən “Google”un qısqanclığıdır.