Avtomobil sektoruna yeni vergi

24.09.2018 Maliyyə
Aksiz vergisi bazası yenidən işlənib.

“Kommersant.az” xəbər verir ki, Türkiyə prezidenti Receb Tayyip Erdoğan avtomobillərə tətbiq olunan aksiz vergisi bazasının limitini yenidən tənzimləyib.

Bu gündən etibarən mühərrikin silindr həcmi 1600 cc və aşağı avtomobillər üçün aksiz bazasının alt limiti vergisiz, dəyəri 18 min 816 manata qədər olan avtomobillərdə 45%, dəyəri 32 min 256 manata qədər avtomobillərdə isə 50% vergi tətbiq olunacaq.

Qeyd edək ki, avtomobil sektoru bu xəbəri uzun müddətdirki gözləyirdi.